BolgeXeber.Com » Xəbərlər » Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ictimaiyyətə hesabat verib

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ictimaiyyətə hesabat verib

15-01-2020, 16:11
Oxunub: 2 671 Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ictimaiyyətə hesabat veribBaş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində 2019-cu il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.

Bolgexeber.comxəbər verir ki, mətbuat konfransında çıxış edən Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən strateji dövlət kursunun tətbiqi ardıcıl tarixi sınaqlardan çıxmaqla əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də milli maraq və mənafelərimizin qarantı olub.

Vurğulanıb ki, dövlət idarəçiliyində formalaşdırılmış müsbət təcrübə və amillər fonunda ötən il Azərbaycanın ictimai-siyasi xronikası əsasən üç istiqamət üzrə - iqtisadi, sosial və hüquqi sahədə aparılan köklü islahatlarla səciyyələnib, vətəndaş rifahının daha da yüksəldilməsinə hesablanmış bu siyasət ölkəmizin beynəlxalq arenadakı fəal və nüfuzlu mövqeyi ilə uğurlu vəhdət təşkil edib.

İqtisadi sferada sistemli olaraq gerçəkləşdirilən vergi və gömrük siyasətinin optimallaşdırılması, insan kapitalının inkişafı, kiçik və orta sahibkarlığın maliyyə resurslarına əlçatanlığı, sənaye və texnoloji parkların qurulması və bu kimi digər mühüm strateji tədbirlər bir tərəfdən makro-iqtisadi mühitin dayaqlarını daha da möhkəmləndirmiş, digər tərəfdən isə kölgə iqtisadiyyatının əhatə dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb.

İqtisadi səmərəlilik göstəricilərinin artan tempi ötən il öz müsbət nəticələrini əhalinin sosial müdafiəsi sahəsində də göstərmiş, bu istiqamətdə həyata keçirilmiş islahatlar paketi vasitəsi ilə vətəndaş rifahı naminə əhəmiyyətli addımlar atılıb.

Belə ki, şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, minimum əməkhaqqının 2 dəfə, müavinətlərin orta hesabla 50 faizvəya 2 dəfə, pensiyaların 70 faizdən çox artırılması, problemli kreditlərin həlli, o cümlədən qeyri-rəsmi məşğulluğa cəlb edilmiş 153 min vətəndaşla rəsmi əmək müqavilələrinin bağlanmasının təmin edilməsi kimi kölgə iqtisadiyyatına qarşı mübarizə baxımından xüsusi əhəmiyyət kəsb edən tədbirlər və digər oxşar məsələlərlə bağlı görülmüş sistemli fəaliyyət bir daha həyata keçirilən dövlət siyasətinin təməlində vətəndaş amilinin durmasına dəlalət edir.
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ictimaiyyətə hesabat verib