BolgeXeber.Com » Xəbərlər » Qəbələdə tibbi sığorta biabırçılığı - İTTİHAM

Qəbələdə tibbi sığorta biabırçılığı - İTTİHAM

16-01-2020, 11:38
Oxunub: 1 849  Qəbələdə tibbi sığorta biabırçılığı - İTTİHAM2020-ci ilin 1 yanvar tarixindən başlayaraq ölkəmizdə “İcbari tibbi sığorta” haqqında Azərbaycan Respublikasının Qanunun tətbiqinə başlanılıb...

İcbari tibbi sığortanın tətbiqinə başlanılmış 20 rayondan biri də Qəbələdir. Amma Qəbələdə baş verənlər onu göstərir ki, bu işə məsul olan şəxslər icbari tibbi sığorta ilə bağlı maxinasiyalar həyata keçirərək, bu sosial layihənin effektlivliyini aşağı salmağa çalışır və rayon sakinlərini yeni sistemdən narazı qalmasına nail olmaq istəyirlər.

Rayon sakinlərindən aldığımız məlumata görə, rayon xəstəxanasının baş həkimi Fikrət Cəfərov və rayonda icbari sığortaya rəhbərlik edən Sabir adlı şəxs rayonun bütün kənd və qəsəbələrində fəaliyyət göstərən tibb müəsisələrində çalışan işçilərin gününü qara edib. Belə ki, Fikrət Cəfərov həmin işçiləri heç bir səbəb olmadan rayonun mərkəzi xəstəxanasına gətirib, orda işləməyə məcbur edir. Məqsəd uzaq kəndlərdən olan işçiləri işdən çıxarmağa nail olmaqdır. Yəni, əksər işçilərin qadın olan tibb işçilərini rayon xəstəxanasına gətirib, onları həkimlər vasitəsi ilə təhqir etdirir.

Bu təhqirlərə və evlərindən uzaq məsafədə yerləşən rayon xəstəxanasında işləmək istəməyən işçiləri işdən çıxararq onların yerinə yeni işçilər götürülməkdədir. Hər bir yeni tibb işçinin işə qəbulu üçün yüksək məbləğdə rüşvət istənilir. Konkret desək hazırda Qəbələnin tibb müəsisələrində işə qəbulla bağlı alver gedir.
Halbuki uzun illər öz kənd və qəsəbələrində çalışan işçilərin bu yolla işdən uzaqlaşdırmaq cəhdləri ilə bağlı narazılıqlar da artıb. Rayon Səhiyyə Şöbəsinin rəhbərliyi isə narazı qalıb şikayət edən işçiləri yenidən əvvəlki iş yerinə bərpa edir. Təki şikayət olmasın. Amma şikayət etməyən işçilər isə işdən uzaqlaşdırılır.

Məlumatda deyilir ki, rayonun təcili tibbi yardımi ilə əsl biabirçılıq yaşanır. Maşınların heç birinə yanacaq verilmir. Təcili yardim işçilərindən xəstələrdənm pul almaq tələb olunur.

İddialara görə, Qəbələdə icbari sığortaya rəhbərlik edən, əvvəllər rayon mərkəzi xəstəxanasının baş həkimi olmuş Sabirin əvvəlki ad və soyadı Samvel Baqramiyan Alyoşa oğlu olub. Əvvəlki sənədlərdə Sabirin adı bu şəkildə gedib. Rayon xəstəxanasında baş həkim olan zaman xəstəxananın arxivini 2 dəfə yandırmaqda da ittiham olunur. Sabiq Əli oğlunun Qəbələdə, Bakıda və Türkiyədə bahalı imarətlərə sahib olduğu da deyilir…
pia.az