BolgeXeber.Com » Xəbərlər » Dilgəm Əsgərovun silahı oğlundan müsadirə edildi - RƏSMİ

Dilgəm Əsgərovun silahı oğlundan müsadirə edildi - RƏSMİ

16-01-2020, 16:40
Oxunub: 2 116 Dilgəm Əsgərovun silahı oğlundan müsadirə edildi - RƏSMİDaxili İşlər Nazirliyi erməni əsirliyində olan Dilqəm Əsgərovun silahının müsadirə olunması ilə bağlı məsələyə münasibət bildirib

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, Şəmkir rayon Çinarlı qəsəbə sakini, Kürdoğlu Əsgərov sosial şəbəkələrdə və xəbər saytlarında atası Dilqəm Əsgərova məxsus silahın Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müsadirə olunduğunu bildirib:

“Məsələ ilə bağlı qeyd etmək lazımdır ki, 12 dekabr 2018-ci ildə Kürdoğlu Əsgərov Şəmkir RPŞ-yə ərizə ilə müraciət edərək, atasına məxsus “Churchil” markalı ov silahının öz adına keçirilməsini xahiş edib. Müraciətlə bağlı vətəndaşa müvafiq etibarnamə olmadığı üçün silahın onun adına keçirilə bilməyəcəyi izaha olunduqdan sonra silah müvafiq qanunun tələblərinə uyğun olaraq, K.Əsgərovdan alınaraq Şəmkir rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılır. Silah yalnız sahibi Dilqəm Əsəgərov əsirlikdən azad olunduqdan sonra özünə qaytarıla bilər”.

“Bundan başqa müəllifin həmin silahla bağlı atasının anasına etibarnamə verməsi iddiasına gəldikdə isə qeyd etmək lazımdır ki, nə müraciət zamanı Kürdoğlu Əsgərov, nə də anası Şəmkir rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilən zaman hər hansı bir etibarnamə təqdim etməyiblər”,- deyə E.Qasımov qeyd edib.