Deputat Rüfət Quliyev lənkəranlıları qəbuldan qovub
22-01-2020, 09:30
Oxunub: 3 148
Valideynlər deyirlər ki, icra başçısı Taleh Qaraşov isə məktəbə ayrılan təmir pulunu mənimsəyib
Bu bina Suriyada və yaxud da digər silahlı qarşıdurmalar olan ölkələr də deyil. Bu bina Lənkəranda yerləşir və 7 saylı tam orta məktəbin binasıdır. Həm də 73 saylı Lənkəran Seçki Dairəsinin 2 saylı seçki məntəqəsi də bu binada yerləşir.
Deməli, 2019-cu ilin mart-aprel aylarında məktəbdə deyilib ki, artıq bu məktəb bağlanır (yəni, yenidən tikiləcək) və sizi müvəqqəti 9 saylı məktəbə köçürdürük. Məktəbin kitabxanası, labaratoriya və digər bir neçə hissəsi köçürülüb. Amma nə hikmət olubsa, birdən icra hakimiyyətindən deyilib ki, köçürülmə dayanır və burda təhsil almağa davam edirsiniz. Məktəbdə oxuyan şagirdlərin valideynlərinin sözlərinə görə, məktəbin yenidən tikilməsi üçün ayrılan maliyyə vəsaitini icra başçısı Taleh Qaraşov mənimsədiyinə görə, yeni məktəb binası tikilmir. Məktəbin pəncərələrinin əksəriyyəti qırıq, damı uçuq vəziyyətdədir. Nəzərə alsaq ki, Lənkərana yağışlar daha çox yağır. Bu halda siz vəziyyəti təsəvvür edin.
Bu məktəb binası 73 saylı Seçki Dairəsininin ərazisinə düşdüyü üçün valideynlər dəfələrlə deputat Rüfət Quliyevə müraciət etsələr də heç bir nəticə əldə olunmayıb. Valideynlərin biri deyir ki Rüfət Quliyev deyib ki, “Guya, biz yaxşı məktəb binasında oxumuşuq ki” deyərək onları qəbuldan qovub. Valideynlər deyir ki məktəbin çox savadlı müəllimləri var amma gəl gör ki şərait bu vəziyyətdədir.
Qeyd edirlər ki qorxa-qorxa uşaqlarını bu məktəbə göndərirlər. Çox dəhşətli mənzərədir. Ölkənin ən böyük şəhərlərin birində belə vəziyyətin olması həqiqətən acınacaqlıdır.
timetv.live


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər