Daha bir yüksək vəzifəli şəxs işdən çıxarıldı - MÜƏMMALI SƏBƏB
22-01-2020, 12:39
Oxunub: 2 636
Əmək və Əhalinin Sosial Müdsıafiə Nazirliyinin yanında DSMF-nin İsmayıllı rayon şöbə müdiri tutduğu vəzifədən azad edilib.
Anews.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Kamran Muradov DSMF-nin İsmayıllı rayon şöbəsinin müdiri işlədiyi dönəmdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib. O, öz yaxınlarına, qohumlarına saxta sənədlər, əlillik, ünvanlı sosial yardım düzəltdiyi üçün cəzalandırılıb. Vətəndaşların şikayəti əsasında ƏƏSMN-dən sözügedən idarəyə göndərilən yoxlama kifayət qədər nöqsanlar aşkarlayıb. K. Muradovun qohumları üçün düzəltdiyi saxta sənədlər, ünvanlı sosial yardımlar ləğv edilib. Dövlət büdcəsindən mənimsənilən pul geri ödətdirilib. Hətta Kamran Muradov özünü saxta pensiyaya çıxartdığına görə 8000 manat dövlət büdcəsinə pul ödəyib və ömürlük pensiyadan məhrum edilib.
Daha bir yüksək vəzifəli şəxs işdən çıxarıldı
Qeyd edək ki, K. Muradov 2009-cı ildən DSMF-nin İsmayıllı rayon şöbəsinin müdiri vəzifəsində çalışır.
Məsələ ilə bağlı Kamran Muradov ilə əlaqə saxladıq. İşdən azad olunmasını təsdiq edən Muradov bildirdi ki, səhhəi ilə əlaqədar öz ərizəsi ilə işdən azad olunüb. "İşlədiyim müddətdə mən heç bir qanun pozuntusuna yol verməmişəm. Barəmdə deyilənlər yalandır. Həqiqətə uyğun deyil”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər