Çingiz Qənizadə İmişlidə seçiciləri ilə bir arada - FOTOLAR
27-01-2020, 13:54
Oxunub: 3 419
80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd Çingiz Qənizadə bu dəfə İimişli rayonunun Muradxanlı və Əliqulular kəndlərində yaşayan seçiciləri ilə görüşlər keçirib
Bolgexeber.com xəbər verir ki, görüşdən öncə Muradxanlı kəndində şəhidlərin abidəsini ziyarət etmiş və gül dəstələri qoyub. Həmçinin, Muradxanlı qəbiristanlığında Məşədi Seyid Əli Seyid Cabbar oğlunun qəbrini kənd sakinləri ilə birgə ziyarət edib.Seçicilərlə görüş zamanı deputatlığa namizəd son vaxtlar ölkədə gedən proseslər, kadr islahatları, ölkənin daxili və xarici siyasətindəki vəziyyət, ölkə prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın son illərdəki gördüyü işlərdən danışmış və seçicilərinə ətraflı məlumat verib. Həmçinin, regionların sosial-iqtisadi inkişafına dair 2019-2023-cü il Dövlət Proqramı, eləcə də, özü və fəaliyyəti haqqında danışıb. Eyni zamanda, layihədə bu bölgə üçün nəzərdə tutulan məsələləri müzakirə edib. Çıxış edən kənd sakinləri, ziyalılar, ağsaqqallar, gənclər, Çingiz Qənizadənin 10 illik deputat fəaliyyəti ilə bağlı xoş fikirlər səsləndiriblər. Seçicilər qeyd ediblər ki, Çingiz Qənizadə yeganə millət vəkillərindəndir ki, ona zəng edərkən dərhal telefonu açır və onlarla əlaqə saxlayır. Ərizə və şikayətlərə vaxtında reaksiya verir. Hər il seçildiyi kəndlərdə görüşlər keçirir. Sonda kənd sakinləri növbəti 5 il üçün də Çingiz Qənizadəyə səs verəcəklərini söyləyiblər






Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər