Bütün Azərbaycan bu polis leytenantından danışır — FOTOLAR
30-01-2020, 11:40
Oxunub: 12 434
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı, polis leytenantı Tural Sofuyev nümunəvi addım atıb.
Bolgexeber.com xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb.
Qeyd edilib ki, DİN əməkdaşı yanvarın 19-da 1 yaşlı oğlu Məhəmmədə kiçik toy edib.
Polis leytenantı toya “Ümid evi” körpələr evində məskunlaşmış 4 azyaşlını - Mərhəmət, Hacı, Novruz və Yusifi dəvət edib. Balaca qonaqlara da öz oğlu ilə birlikdə toy qiyafəsi geyindirib və bəylik kürsüsünə əyləşdirib. Körpələr evinin sakinlərini öz övladlarından fərqləndirməyən leytenant və mərasimin digər qonaqları uşaqları rəqsə dəvət edib, diqqət, qayğı göstəriblər.
Polis əməkdaşı həmin kimsəsiz körpələrin də sünnət xərclərini öz üzərinə götürüb. Onlar bu həftənin cümə axşamı günü “Topçubaşov” adına xəstəxanada sünnət əməliyyatı ediləcəklər.
Qeyd edək ki, Tural Sofuyevin bir qızı, bir oğlu var.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə