BolgeXeber.Com » Xəbərlər » Vilayət Eyvazovdan Kamran Əliyevin yerinə yeni təyinat

Vilayət Eyvazovdan Kamran Əliyevin yerinə yeni təyinat

30-01-2020, 12:44
Oxunub: 5 961 Vilayət Eyvazovdan Kamran Əliyevin yerinə yeni təyinatBaş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidməti (YPX) şöbəsinə rəis təyinatı olub.

Bolgexeber.com "Report”a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, BDYPİ-nin YPX Şöbəsinin Baş Dövlət Avtomobil müfəttişi vəzifəsində çalışan polkovnik-leytenant Sadin Əsgərov idarənin YPX şöbəsinə rəis təyin olunub.

BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev faktı təsdiqləyib.

Qeyd edək ki, BDYPİ-nin YPX şöbəsinə daha əvvəl K.Əliyev rəhbərlik edirdi.