BolgeXeber.Com » Xəbərlər » Rəşad Camalovun Şirvanda görüşləri uğurla davam edir (FOTOLAR)

Rəşad Camalovun Şirvanda görüşləri uğurla davam edir (FOTOLAR)

30-01-2020, 15:08
Rəşad Camalovun Şirvanda görüşləri uğurla davam edir (FOTOLAR)46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rəşad Camalovun Şirvan camaatı ilə görüşləri davam edir.

Bolgexeber.com xəbər verir ki, deputatlığa namizəd Rəşad Camalov Şirvan camaatı ilə ümumi görüşdən öncə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib və gül dəstələri qoyub.

Daha sonra Rəşad Camalov Şirvan Mədəniyyət evində keçirilən görüşdə şəhər camaatı ilə bir araya gəlib.

Seçicilərlə səmimi görüşlər keçirən Rəşad Camalov ölkədə həyata keçirilən islahatlardan söhbət açıb. Deputatlığa namizəd bildirib ki, dövlət başçısı cənab İlham Əliyev hər zaman hər bir vətəndaşının yanında olub və olur:

"Biz də ölkə başçısının həyata keçirdiyi hər bir islahatı dəstəkləyirik. Çünki ölkədə aparılan islahatlar, görülən işlər xalqın daha yaxşı yaşamasına hesablanıb. Həmçinin, gənclər siyasəti də uğurla həyata keçirilir. Regionlarda insanların rahat yaşaması üçün hər cür şərait yaradılıb”.

Rəşad Camalov onu da əlavə edib ki, hər bir şirvanlı ona səs verəcəyi təqdirdə Milli Məclisdə onların səsi olacaq. Qaldırılan hər bir məsələni həll edəcəyinə, aidiyyatı orqanların diqqətinə çatdıracağına dair söz verib.

Çıxış edən seçicilər Rəşad Camalova dəstək nümayiş etdiriblər. Hər bir seçici fevralın 9-da Rəşad Camalova səs verəcəklərini xüsusi qeyd ediblər.