Çindən Azərbaycana gələn tələbələr həkim nəzarətinə götürüldü - RƏSMİ
31-01-2020, 15:26
Oxunub: 3 936
Koronavirus ilk aşkar olunan Çinin Uhan şəhərindən Azərbaycana gələnlərin sərhəd-keçid məntəqələrində yoxlanışından sonra onların tibbi müşahidədə saxlanılması üçün xüsusi tibb müəssisəsi ayrılıb.
Bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən daxil olan birgə məlumatda bildirilib.
Qeyd edilib ki, yanvar ayının 30-da Uhan şəhərindən Azərbaycana gələn bir neçə tələbə həmin tibb müəssəsində həkim nəzarətindədir:
“Həkimlərin verdiyi məlumata əsasən, tələbələrin heç birində koronavirus xəstəliyinin əlamətləri yoxdur. Karantin müddəti bitdikdən sonra tələbələr evə buraxılacaqlar”.
“Ümumdünya Səhiyyə Təşkilatının Bakı ofisi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bildirir ki, Çində yayılan koronavirus Azərbaycan ərazisində aşkarlanmayıb”,-deyə rəsmi məlumatda bildirilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər