BolgeXeber.Com » Xəbərlər » Zaqatala icra başçısının varidatı və biznes imperiyası - SİYAHI

Zaqatala icra başçısının varidatı və biznes imperiyası - SİYAHI

1-02-2020, 10:09
Oxunub: 6 854 Zaqatala icra başçısının varidatı və biznes imperiyası - SİYAHI13 ildir icra başçısı olan Mübariz Əhmədzadə Zaqatalada zəlzələdən zərər çəkənlərin evlərinin çoxunu hələ də təmir etdirməyib.

Enter.News saytına Zaqatala rayonunun icra başı Mübariz Əhmədzadə və onun ailəsinə məxsus biznes imperiyasının siyahısı göndərilib. Mübariz Əhmədzadə bundan öncə 27 dekabr 2007-ci ildən -1 sentyabr 2009-cu ilədək Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edib. 13 ildir icra başçısı olan Mübariz Əhmədzadə Zaqatalada zəlzələdən zərər çəkənlərin evlərinin çoxunu hələ də təmir etdirməyib. Halbuki dövlət büdcəsindən 300 milyon manat pul ayrılmışdı. Pullar hara, necə gedir?
İcra başçısına məxsus olduğu deyilən MƏNZİLLƏR:
Qax rayonu, İlisu kəndində dəbdəbəli villa
Zaqatalada 1 hektarlıq sahədə, 5 milyon manatlıq villa
Londonda “69-70 Princes GateKnightsbridge, SW7 2PA” ünvanında 6-7-8 mərtəbəsinə sahib malikanə.
Kiprdə dəbdəbəli malinakə
Bakıda, Yasamal, Zahid Xəlilov küç. ev 68, mənzil 88
Bakı, Binəqədi rayonu, S,S, Axundov küç, ev 1/2 ünvanda mənzil
Qax, M.F. Axundov küç, ev 15 ünvanında mənzil
Zaqatala, Car küç. ev 3A ünvanda mənzil
İcra başçısına məxsus olduğu deyilən HOTELLƏR və RESTORANLAR
Qaxda “El Resort” otel kompleksi
Qax, İlisu kəndində “Yurd Hotel” istirahət kompleksi
Turistik mərkəz İlisu kəndində “Yaşıl Park” otel kompleksi
“Səngər Qala” otel kompleksi,
“Ulu Dag” oteli,
Qax Fındıq Zavodu
Qax rayon taxıl məhsulları kombinatı
Qax Rayon Avtovağzalı
Qax rayonu, Eden Park Hotel
Qax, Qaxbaş kəndində 54700 kv metrlik (5.5 hektar) ərazisi olan “Residence” ailəvi istirahət mərkəzi
Bakı, Koroğlu Rəhimov küçəsindəki “Növbahar” Restoranı
Bakıda “Zakura Yapon mətbəxi” restoranı
icra başçısına məxsus olduğu deyilən ŞİRKƏTLƏR:
“ULUYURD” şirkətlər qrupu
“Advisors CO.” şirkəti
“Proyekt”, MMC şirkəti
“Çağdaş“ MMC şirkəti
“Elit-R1“ MMC şirkəti
“Muğal” Məhdud Məsuliyyətli Cəmiyyəti
“Corasuni” Məhdud Məsuliyyətli Cəmiyyəti
“İlisu Uludağ Turizm və İstirahət Kompleksi”
Çexiyada “ALPS s.r.o.” şirkəti
İngiltərədə “GYUNEL LİMİTED” şirkəti
İngiltərədə “GLOBALLY LTD” adlı daha bir şirkət
Türkiyədə “Etiler Dış Ticaret Limited” şirkəti
Kipr və Cenevrədə də də şirkətləri və biznesləri mövcuddur
İcra başçısının vəzifədə olan QOHUMLARI
Oğlu Coşqun Əhmədzadə Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini
Oğlu Rəşad Əhmədzadə Səbail Rayon polis idarəsinin 8-ci Polis Bölməsinın rəisi
Qardaşı Əhməd Əhmədzadə “Su və Melorasiya” ASC nin rəhbəri
Xalası oğlu Musa Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı
Qardaşı oğlu Vüqar Əhmədzadə – DSMF Qax rayon şöbəsinin müdiri
Qardaşı oğlu Tərlan Əhmədzadə Qax Mərkəzi Xəstəxananın baş həkimi
Qardaşı oğlu Cuma Əhmədzadə Azərbaycanda və xaricdə xeyli şirkətlərin sahibi
Qardaşının qudası Elman Rüstəmov Mərkəzi Bankın rəhbəri
Bundan əlavə “Əhmədzadələr imperiyası”nın hektarlarla torpaq sahələri, iaşə obyektləri, mağazalar, avtomobillər, mənzillər kafe və restoranları saysız-hesabsızdır.