BolgeXeber.Com » Xəbərlər » Prokurorluq hədə-qorxu ilə pul tələb edən şəxsin azadlığa buraxılmasına etiraz edir
Prokurorluq hədə-qorxu ilə pul tələb edən şəxsin azadlığa buraxılmasına etiraz edir
4-02-2020, 18:24
Oxunub: 4 568
“Son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən Elçin Cəfərovun guya prokurorluğun razılığı əsasında məhkəmə tərəfindən azadlığa buraxılmasına dair əsassız məlumatlar yayılıb. Həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur”.
Bu barədə Bolgexeber.com-a Bakı şəhər Prokurorluğundan daxil olan məlumatda bildirilir. Qeyd olunur ki, Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq edilən cinayət işi üzrə Elçin Cəfərovun özgənin əmlakını ələ keçirmək məqsədilə A.Allahverdiyevadan 25 min manat borcunun silinməsini hədə-qorxu ilə tələb etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin istintaqdan gizləndiyi üçün barəsində 18 yanvar 2020-ci tarixdə axtarış elan olunub.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Elçin Cəfərov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim edilmiş və 25 yanvar 2020-ci il tarixdə E.Cəfərova Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulmuş ittiham elan edilməklə barəsində Yasamal rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Müdafiəçinin vəsatəti əsasında E.Cəfərovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə zalından azadlığa buraxılıb.
Yasamal rayon prokurorluğu qeyd edilən qərarla razılaşmayaraq apellyasiya protesti verib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər