BolgeXeber.Com » Xəbərlər » Ermənilər cəbhədə atəşkəsi növbəti dəfə pozdu

Ermənilər cəbhədə atəşkəsi növbəti dəfə pozdu

8-02-2020, 10:34
Oxunub: 2 432
Ermənilər cəbhədə atəşkəsi növbəti dəfə pozdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Nəmirli, Şuraabad, Tağıbəyli, Mərzili, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.