Umayra Tağıyeva: "Güclü külək Bakıya qar yağışını əngəllədi"
10-02-2020, 17:28
Oxunub: 3 139
"Bu günlərdə ilk dəfə, nəhayət, qış özünü göstərdi
Demək olar ki, bütün ölkə, bəzi yerlərdə isə qalınlığı yarım metrə qədər çatan ağ örpəyə büründü. Yüksək dağlıq ərazilərdə havanın temperaturu mənfi 24 dərəcəyədək endi. Hətta Abşeronda son illər nadir hadisə olan 2 dərəcə şaxta qeydə alındı".
Bolgexeber.com xəbər verir ki, bunu Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, belə hava uşaqlara sevinc gətirəcəkdi, lakin saniyədə 35-38 metrədək şiddətlənən külək böyük sürətlə buludları Abşeron üzərindən qovaraq yaxın rayonlarda müşahidə olunan qarın Bakıya yağmasını əngəllədi: “Bu gün axşamadək arabir saniyədə 30 metrədək əsən güclü külək davam edəcək, gecəyə doğru tədricən səngiyəcək. Fevralın 11-də gündüz cənub-qərb küləyi ilə əvəz olunması temperaturun 6 dərəcəyədək yüksəlməsinə səbəb olacaq. Əksər rayonlarda qar yağışı kəsilsə də, fevralın 11-i gündüzədək bəzi cənub rayonlarında proses davam edəcək. Abşeron yarımadasının əsasən cənub-şərq hissəsində də axşam və gecə saatlarında az qar yağacağı ehtimalı var”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər