BolgeXeber.Com » Xəbərlər » Avtomobil Yolları Dövlət Agentliyinə 4,9 milyon manat ayrıldı

Avtomobil Yolları Dövlət Agentliyinə 4,9 milyon manat ayrıldı

17-02-2020, 18:20
Oxunub: 2 496
Prezident İlham Əliyev "Hacıqabul rayonunun Hacıqabul–Muğan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.

Bolgexeber.com xəbər verir ki, sərəncamla otuz iki min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Hacıqabul–Muğan avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.