BolgeXeber.Com » Xəbərlər » Vilayət Eyvazovdan yeni TƏYİNAT

Vilayət Eyvazovdan yeni TƏYİNAT

20-02-2020, 11:33
Oxunub: 3 136
Daxili İşlər Orqanlarında növbəti kadr təyinatı olub.

Bolgexeber.com-un məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis mayoru Mahir Məhərrəmov Beyləqan Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyinat alıb.

O, bundan əvvəl Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.