DTX Neftçalada nəyi araşdırır? – Saxlanılanların siyahısı, maraqlı detallar
21-02-2020, 13:09
Oxunub: 3 409
Dünən Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin DTX tərəfindən saxlanılması və rayonda aparılan dindirilmə prosesi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Bolgexeber.com BakuPost-a istinadla xəbər verir ki, İsmayıl Vəliyev, onun birinci müavini Vurğun Əkbərov və sürücüsü Bakıya gətirilib, rayonun ayrı-ayrı sahələrinə rəhbərlik edən şəxslər isə İcra Hakimiyyətinin binasında dindirilir.
Saxlanılan şəxslər arasında Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Telman Zahidov və icra başçısının müavinləri və şöbə müdirləri də var.
Məlumata görə, dindirilmə əsasən rüşvət faktlarıyla bağlıdır. Bu istiqamətdə dünəndən bəri xeyli adamın izahatı alınıb.
Onlar arasında bələdiyyə sədrləri də var. Dindirmə zamanı bələdiyyə sədrləri bu posta seçilmək üçün icra başçısına rüşvət verdiklərini boyunlarına alıblar.
Məsələ ilə bağlı əlavə məlumatlar veriləcək.
Qeyd edək ki, İsmayıl Vəliyev dünən günorta saatlarında saxlanılıb. O, səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol verməkdə ittiham olunur.
Dünən onun tutduğu vəzifədən azad edilməsilə bağlı Prezident sərəncam imzalayıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər