Kürdəmirdə ana və körpəsinin ölümü ilə bağlı cinayət işi başlanıldı
22-02-2020, 18:02
Oxunub: 3 896
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətləri birgə məlumat yayıb.
Bolgexeber.com-a daxil olan birgə məlumatda bildirilir ki, fevralın 22-də saat 08 radələrində Kürdəmir rayonu, Şüşün kənd sakini Leyla Qənbərovanın meyitinin yaşadığı evin həyətində yerləşən su quyusunda, azyaşlı oğlu Hilalın meyitinin isə evin yataq otağında ailə üzvləri tərəfindən aşkar olunması barədə daxil olmuş məlumat əsasında dərhal prokurorluq, polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.
Mərhum Leyla Qənbərovanın meyitinin müayinəsi zamanı onun sol biləyində iti alətlə kəsilmiş yaradan başqa digər xəsarət və ya xəsarət izləri aşkar olunmayıb.
Faktla bağlı Kürdəmir rayon prokurorluğunda cinayət işi başlanıb, iş üzrə prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb, müvafiq ekspertizalar təyin edilib.
Yaşadıqları evə baxış zamanı orada olan əşyaların yerbəyer olmaqla tamlıqlarının pozulmaması müəyyən edilib.
Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, Kürdəmirdə ananın meyiti su quyusunda, körpəninki isə evdə tapılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər