BolgeXeber.Com » Xəbərlər » Vilayət Eyvazov Əhəd Abıyevin qardaşını rəis müavini təyin etdi

Vilayət Eyvazov Əhəd Abıyevin qardaşını rəis müavini təyin etdi

25-02-2020, 17:04
Oxunub: 2 912
Daxili İşlər Naziriyində yeni təyinat olub.

Bolgexeber.com xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Zəfər Abıyev Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsində şöbə müdirinin müavini vəzifəsinə təyin olunub.

DİN-in Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Z.Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin qardaşıdır.

Xatırladaq ki, ilk xəbəri unikal.org saytı yazıb.