BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda koronavirus aşkarlanan şəxsin 23 yaşı var

Azərbaycanda koronavirus aşkarlanan şəxsin 23 yaşı var

28-02-2020, 18:27
Oxunub: 2 681
“1997-ci il təvəllüdlü Rusiya vətəndaşı yüksək hərarətlə xüsusi karantin mərkəzinə aparılıb və lazımi analizlər götürülüb. Nəticədə həmin şəxsin koronavirusa yoluxduğu müəyyənləşib. Hazırda vəziyyəti stabildir”.

Bolgexeber.com xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı keçirdiyi brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sərhəd keçid məntəqələrində iki mərhələli yoxlamalar mövcuddur.

Y.Qarayeva qeyd edib ki, bütün xəstəxanalarda işçilər qoruyucu vasitələrlə təmin olunub: "Xəstəxanalar zəruri dərmanlarla təmin olunub. Qobustan, Astara və Cəlilabad rayon xəstəxanaları, dəstək olaraq da Biləsuvar, Masallı və Bakıda 1 saylı Kliniki Tibbi Mərkəz, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu və 7 saylı Uşaq xəstəxanası ayrılıb".