BolgeXeber.Com » Xəbərlər » Alı Alıyev bazarlarda, topdan satış mərkəzlərində ərzaq məhsullarının qiymətləri ilə maraqlandı
Alı Alıyev bazarlarda, topdan satış mərkəzlərində ərzaq məhsullarının qiymətləri ilə maraqlandı
2-03-2020, 10:41
Oxunub: 3 338
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin vətəndaşlarla təsadüfi və planlaşdırılmamış olan görüşləri, onların problem və qayğıları ilə yaxından marağlanmağı mütamadi xarakter daşıyır.
Bolgexeber.com xəbər verir ki, bu görüşlərin tərkib hissəsi olaraq Alı Alıyev 29 fevral tarixində Bala Bəhmənli kəndində (Dörd yol adlanan ərazidə) olmuş, vətəndaşlarla görüşmüş, bazarlarda, topdan satış mərkəzlərində ərzaq məhsullarının qiymətləri ilə maraqlanmış, alıcı və satıcılarla söhbət etmişdir. Alı Alıyev vətəndaşları narahat edən məsələlərlə, onların problem və qayğıları ilə maraqlanmışdır.
Alı Alıyev cənab Prezident İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində imzalanan sərəncamlardan bəhs edib. Bildirib ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin təməlində Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılması dayanır.
Rayon sakinləri də öz növbəsində Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirərək, bazarlarda qiymətlərin münasib olduğunu, hər hansı bir süni qiymət artımının olmadığını bildiriblər.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər