BolgeXeber.Com » Xəbərlər » “Bu cür məlumatlar Yardımlıda görülən müsbət işlərə kölgə salmaq məqsədi güdür”

“Bu cür məlumatlar Yardımlıda görülən müsbət işlərə kölgə salmaq məqsədi güdür”

1-03-2020, 18:43
Oxunub: 1 930
“Bu tipli informasiyalar şər-böhtandan, icra başçısının Yardımlıda gördüyü böyük müsbət işlərə kölğə salmağa hesablanmış qara piardan başqa bir şey deyil”.

Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Mahir Mirzəyev haqqında bəzi mətbu orqanların yaydığı məlumatlar şər-böhtandan ,qarayaxmadan və Yardımlıda son zamanlar icra hakimiyyəti tərəfindən görülən işləri gözdən salmaq məqsədi güdür. Bu haqda Bolgexeber.com-a Yardımlı rayon İcra Hakimiyyətindən bildirilib.
Qeyd edək ki,bir sıra mətbu orqanlarda Yardımlı rayon İcra Hakimiyyətinin başçısının müavini Mahir Mirzəyevin guya dəyəri 150 min dollar olan 99 MM 999 dövlət nömrə nişanlı avtomobil alması,mülklərə,əmlaklara malik olması, vətəndaşların əmək haqqı kartlarını mənimsəməsi kimi həqiqətdən uzaq məlumatlar yayılıb.
Məsələ ilə bağlı Yardımlı rayon İcra Hakimiyyətinin başçısının müavini Mahir Mirzəyev saytımıza açıqlamasında bildirdi ki,onun həmin nömrədə avtomobili yoxdur və bu kimi məlumatlar böhtan xarakteri daşıyır.İcra hakimiyyətinin gördüyü müsbət-quruculuq,abadlıq işlərini görmək üçün üçün ən azından Yardımlı icra hakimiyyətinin rəsmi saytına girib baxmaq olar.:


“Bu tipli informasiyalar şər-böhtandan, icra başçısının Yardımlıda gördüyü böyük müsbət işlərə kölğə salmağa hesablanmış qara piardan başqa bir şey deyil”.

Qeyd edək ki,son illər ölkənin əksər rayonlarının sürətlə inkişaf etdiyi və abadlaşdığını görmək mümkündür. Bu sırada aparıcı yerlərdən birini Yardımlı tutur.

Yardımlı rayonu hər zaman özünün xüsusi çəkisi və mövqeyi ilə Respublikamızın sayılıb-seçilən rayonlarından olub. Tarixiliklə müasirliyin qovuşduğu bu Azərbaycan şəhəri bu gün özünün görünməmiş inkişaf illərini yaşayır. Bu isə hər şeydən öncə ölkə rəhbərliyinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün bölgələrə olduğu kimi, Yardımlı rayonuna da göstərdiyi diqqət və qayğının təzahürüdür. Rayon rəhbərliyinin və konkret olaraq isə Yardımlı rayon icra başçısının müavini Mahir Mirzəyev ölkə rəhbərliyinin göstəriş və tapşırıqlarını nümunəvi şəkildə yerinə yetirməsi isə Yardımlı rayonunda inkişaf tendensiyasını daha da dönməz xarakter almasına səbəb olub