Gömrük rəisi Vüsal Nuriyev sərxoş halda adam öldürüb qaçdı - SON DƏQİQƏ
17-03-2020, 12:44
Oxunub: 8 803
Martın 8-də axşam saatlarında Novxanı qəsəbəsində yol-qəza hadisəsi baş verib. “90-AG-303” nömrə nişanlı, “Hundai Sonata” markalı, qara rəngli avtomobilin bir qadını vurduğu bildirilir.
Məlumatı verən mənbənin sözlərinə görə, vurulan şəxs hadisə yerində ölüb.
Avtomobilin sürücüsü Dövlət Gömrük Komitəsinin “Sınıq Körpü” postunun rəisi Vüsal Nuriyevdir. Hadisə zamanı onun sərxoş vəziyyətdə olduğu bildirilir.
Gömrük rəsmisinin idarə etdiyi avtomobil də zədələnib. Avtomobildə, Vüsal Nuriyevin yaxın tanışı olan xanımın da yüngül xəsarətlər aldığı deyilir.
Avtomobil hazırda Saray yolunda yerləşən “Cərimə meydançası“nda saxlanır.
“Cərimə meydançası“ının işçiləri də faktı təsdiqləyiblər.
Vüsal Nuriyevə yaxın mənbənin verdiyi məlumata görə, faktla bağlı öncə Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, sonra iş eyni rayonun prokurorluğuna yönləndirilib. Polis İdarəsində işin müstəntiq Elçin Süleymanova tapşırıldığı bildirilsə də, o, deyilənləri təkzib edib. Lakin həmin polis idarəsinin adının açıqlanmasını istəməyən başqa bir mənbə deyilənləri təsdiqləyib.
Bldirək ki, hadisə ilə bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi açılıb.
İddialara görə, Vüsal Nuriyev Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin kadrıdır. Deyilənə görə xalası oğludur.
Avtomobilin fotoları
Onu da qeyd edək ki, hadisə yerində ölən qadının kimliyi hələlik məlum deyil."Meydan TV"
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər