BolgeXeber.Com » Xəbərlər » Vilayət Eyvazov onu yeni vəzifəyə təyin etdi

Vilayət Eyvazov onu yeni vəzifəyə təyin etdi

18-03-2020, 11:09
Oxunub: 2 539
Vilayət Eyvazov onu yeni vəzifəyə təyin etdi
Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Bolgexeber.com Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis kapitanı Zaur Əliəkbərov Şəki Şəhər-Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi təyin edilib.

Qeyd edək ki, indiyədək bu vəzifəni polis mayoru Rasim Namazov yerinə yetirib.

O, bir müddət əvvəl Şəki ŞRPŞ-nin əməliyyat işləri üzrə rəis müavini təyin olunub.