BolgeXeber.Com » Xəbərlər » Novruz bayramı münasibətilə şəhid ailələrinə bayram sovqatları paylanıldı

Novruz bayramı münasibətilə şəhid ailələrinə bayram sovqatları paylanıldı

18-03-2020, 13:59
Oxunub: 3 106
Novruz bayramı münasibətilə Füzuli rayon İcra Hakimiyyətinin və müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları tərəfindən rayon ərazisində və respublikanın müxtəlif şəhər və rayonlarında məskunlaşan şəhid ailələrinə bayram sovqatları paylanılır, şəhid ailələrinin Novruz bayramları təbrik edilir

Prezident cənab İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğısı əsas götürülməklə ümumilikdə Füzuli rayonundan olan 700-dək şəhidin varisləri ilə yerində görüşüləcək, onlara bayram sovqatları təqdim ediləcəkdir.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Bildiriblər ki, Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədım el bayramıdır. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı həm də birlik, bərabərlik, həmrəylik bayramıdır.
Bolgexeber.com