BolgeXeber.Com » Xəbərlər » Binəqədidə polis karantin rejiminə fasiləsiz olaraq nəzarət edir-FOTO

Binəqədidə polis karantin rejiminə fasiləsiz olaraq nəzarət edir-FOTO

11-04-2020, 17:37
Oxunub: 7 429 Binəqədidə polisi karantin rejiminə fasiləsiz olaraq nəzarət edir.

Buna  Binəqədi rayon ərazisində çəkiliş aparan BÖLGƏ TV-nin əməkdaşları da şahid olublar.
 Belə ki,Binəqədidə SMS-lə küçəyə çıxmaq icazəsi olanlar tam sərbəst şəhərdə hərəkət edirlər.Karantin rejiminə əməl edən sakinlər fəaliyyət göstərən dövlət qurumlarına ,banklara heç bir məhdudiyyət   olmadan gedib-gələ bilirlər. Keşkidə duran polis əməkdaşları daxili qoşunların əməkdaşları ilə birlikdə qanunların təmin olunmasına riayət edirlər.Binəqədi polisi həmçinin vətəndaşlara kömək edir,maskası olmayanlara  maska taxmağı tövsiyyə edirlər,bir çox hallrda isə özləri vətəndaşlara maska verirlər.
Binəqədi ərazisində də koronavirus pandemiyası ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına qarşı mübarizə tədbirləri davam etdirilir.
Rayonun bütün küçə və prospeklərində, park və xiyabanlarında xidmətə cəlb edilən polis, eləcə də daxili qoşunların əməkdaşları insanlarla profilaktik söhbətlər aparırılar.Xüsusi karantin qaydalarını pozan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək cərimə edilirlər.

 Tədbir çərçivəsində Binəqədi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən də sürücülər saxlanılaraq onlardan xüsusi karantin rejiminə əməl etmələri tələb edilib.
 Binəqədidə polis və daxiili qoşunların əməkdaşlarından ibarət yaradılan mobil qruplar vasitəsilə xüsusi karantin rejiminə fasiləsiz olaraq nəzarət edilir.