BolgeXeber.Com » Xəbərlər » Cəlilabad polisi rayonda xüsusi karantin rejimi qaydalarına nəzarəti davam etdirir (FOTO)

Cəlilabad polisi rayonda xüsusi karantin rejimi qaydalarına nəzarəti davam etdirir (FOTO)

15-04-2020, 09:19
Oxunub: 6 235 Ölkənin bütün şəhər və rayonlarında olduğu kimi Cəlilabadda da  koronavirus (COVİD-19)  infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarların icrası ilə əlaqədar daxili işlər orqanlarının  əməkdaşları gücləndirilmiş iş rejimində xidmət edirlər.
 
 Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirilən tədbirlər çərçivəsində Cəlilabad rayonunun giriş hissələrində və digər ərazilərdə stasionar postlar qurulub, eləcə də rayon ərazisində qaydaların pozulmasının qarşısının alınması məqsədi ilə patrul xidməti yerinə yetirilir. 
Polis əməkdaşları tərəfindən sakinlərin evdən çıxması ilə bağlı qadağalar nəzərə alınaraq, onlarla profilaktiki söhbətlər aparılmaqla yaşadıqları ünvana qaytarılması təmin olunur. Bir daha izah olunur ki, həyata keçirilən bütün tədbirlər sakinlərin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. 
Xəbərdarlıqlara məhəl qoymayaraq xüsusi karantin rejimi qaydalarını pozan şəxslər barəsində isə inzibati qaydada tədbir görülür. Rayon ərazisində karantin qaydalarını pozan şəxslər qanunlara müvafiq cəzalanır.
Bu istiqamətdə tədbirlər müəyyən olunmuş rejim müddətində davam etdiriləcək.
BÖLGƏ TV-nin əməkdaşları Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının xidmət etdiyi ərazilərdən çəkilişlər aparıblar.Əməkdaşlarımızın çəkdiyi fotoları təqdim edirik: