BolgeXeber.Com » Xəbərlər » Nazir polkovnik-leytenanta yeni vəzifə verdi - ƏMR

Nazir polkovnik-leytenanta yeni vəzifə verdi - ƏMR

20-04-2020, 10:50
Oxunub: 2 227 Azərbaycanın daxili işlər orqanlarında yeni kadr dəyişikliyi olub.
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Beyləqan Rayon Polis Şöbəsinin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı Elşən Qayıbov vəzifəsindən azad edilib. Digər əmrlə Elşən Qayıbov Beyləqan Rayonlararası Mühafizə Şöbəsinin rəisi təyin olunub.