BolgeXeber.Com » Xəbərlər » Ağdaş polisi karantin rejiminə nəzarət edir, imkansız insanlara yardım göstərir-FOTO

Ağdaş polisi karantin rejiminə nəzarət edir, imkansız insanlara yardım göstərir-FOTO

21-04-2020, 20:45
Oxunub: 11 491 Ölkəmizdə koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarların icrası ilə əlaqədar daxili işlər orqanlarının da əməkdaşları gücləndirilmiş iş rejimində xidmət edirlər.  Ağdaşda da tədbirlər çərçivəsində karantin qaydalarını pozan sürücü və sərnişinlər barəsində Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ciddi tədbirlər görülür. 
Polis əməkdaşları həmçinin rayon ərazisində, bankların,obyektlərin qabağında vətəndaşların virusdan qorunmaq üçün ara məsafəsinin saxlanılmasına riayət etmələrinə nəzarət edirlər.
Polis əməkdaşları həmçinin  Ağdaşda fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinə də ciddi nəzarət edirlər,tez-tez yoxlamalar aparırlar.
 
Bundan başqa, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin günlərində yaşlı və imkansız insanlara yardımlar edilir. Şöbənin əməkdaşları “Evdə qal!” kampaniyası çərçivəsində xüsusi karantin rejim qaydalarına uyğun olaraq çölə çıxa bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı və çoxuşaqlı ailələrlə köməklik göstəriblər. Şabran  rayonunun müxtəlif kənd və qəsəbələrində yaşayan  xeyli sayda ailəyə baş çəkən polis əməkdaşları onlara ərzaq məhsullarından ibarət bağlamalar, tibbi maska və dezinfeksiyaedici vasitələri təqdim ediblər. Polislər həmin şəxslərlə bir daha maarifləndirici söhbətlər apararaq xüsusi karantin rejimi qaydalarına riayət etməyin vacib olduğunu onların diqqətinə çatdırıblar.
 Azərbaycan Respublikası Nazirlar Kabineti yanında Operativ Qərərgah tərəfindən koronavirus infeksiyası ilə əlaqədar tətbiq olunan sosial izolyasiya tədbirlərinə riayət olunmasına nəzarət prosesində aparılan reydlər zamanı Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən 14.03.2020-ci il tarixdən 10.04.2020-ci il tarixədək ümumilikdə 232 inzibati protokol tərtib edilmişdir.
Ağdaş Rayon Polis Şöbəsindən BÖLGƏ TV-yə verilən məlumata görə onlardan Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə 231 inzibati protokol tərtib edilərək hər biri 100 (yüz manat, İXM-nin 388-1.1-ci maddəsi ilə 1 inzibati protokol tərtib edilerək Ağdaş rayon məhkəməsinə göndərilmiş və məhkəmənin qərarına əsasən 500 (beş yüz manat məbləğində cərimə edilmiş, 7 nəfar Ağdaş rayon sakinləri karantin qaydalarını pozaraq polis əməkdaşlarının qanuni tələbinə əməl etmədiyinə görə barələrində İXM-nin 211-ci maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün Ağdas ravon məhkəməsinə göndərilmiş, məhkəmənin qərarına əsasən 10 gun ya 15 gün müddətinə inzibati qaydada həbs edilmişdirlər.
20 nəfər səxs 8103-icazə xidmetinə əsassız olaraq “3" (yaxınlarının dəfnində iştirak etmə) göndərdiyi üçün barələrində İXM-nin 211-ci maddəsi ilə inzibati protokol tərtib edilərək hər biri 100 (yüz) manat məbləğində cərimə edilmişdirlər. Bu istiqamətdə tədbirlər davam etdirilir.
 
Hazırladılar:Müxbir Niyaməddin Buludlu,Operator Ayət Şükürov
  BÖLGƏ TV