BolgeXeber.Com » Xəbərlər » Suraxanıda şəhid ailələri və Çernobıl əlilləri ziyarət olunub, yardımlar paylanıb - FOTO

Suraxanıda şəhid ailələri və Çernobıl əlilləri ziyarət olunub, yardımlar paylanıb - FOTO

23-04-2020, 19:50
Oxunub: 7 596

Suraxanı rayonunda şəhid ailələri, müharibə və Çernobıl əlilləri ziyarət olunub  ərzaq yardımları paylanıb.

Bolgexeber.com xəbər verir ki, aprelin 22-də növbəti dəfə Suraxanı rayonunda xüsusi qayğıya ehtiyacı olan aztəminatlı ailələrə, şəhid ailələrinə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar döyüşlərdə əlil olmuş şəxslərə, Çernobıl əlillərinə ərzaq yardımları paylanıb.
Suraxanı rayon sakinləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya, atılan xeyirxah addıma görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya xüsusi minnətdarlığını bildirmişdir.