BolgeXeber.Com » Xəbərlər » Nizami və Xətai rayonlarında polis karantin rejiminə fasiləsiz nəzarət edir –FOTO

Nizami və Xətai rayonlarında polis karantin rejiminə fasiləsiz nəzarət edir –FOTO

24-04-2020, 13:42
Oxunub: 6 462 Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında qərarına uyğun olaraq, nəzərdə tutulan tədbirlər davam etdirilir.
Gücləndirilmiş xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhəri, Nizami və Xətai rayonlarının bir sıra küçə və prospektlərində postlar qurulub.Postlarda  karantin rejiminə Nizami və Xətai Rayon Polis İdarəsinin.polis əməkdaşları,yol polisləri və daxiili qoşunların əməkdaşlarından ibarət yaradılan mobil qruplar vasitəsilə xüsusi karantin rejiminə fasiləsiz olaraq nəzarət edilir. Ərazidəki postlarda xidmət edən polis  əməkdaşları postdan keçən hər bir nəqliyyat vasitəsini fərdi şəkildə saxlayaraq yoxlayır. İcazəsi, xüsusi bildirişi olmayan nəqliyyat vasitəsilərinin sürücüləri karantin rejimini pozduğunu görə cərimələnir.
Eyni zamanda avtomobildə olan icazəsi olmayan sərnişinlər barəsində də tədbir görülür.
Bundan başqa xüsusi karantin rejim qaydaları şəraitində Polis əməkdaşları  sağlamlıqlarının qorunması üçün vətəndaşlara evdə qalmağı məsləhət görür, onlarla maarifləndirici söhbətlər apararaq xüsusi karantin rejimi qaydalarına riayət etməyin vacib olduğunu onların diqqətinə çatdırırlar.
 Hazırladılar:Müxbir Niyaməddin Buludlu,Operator Ayət Şükürov
 BÖLGƏ TV