BolgeXeber.Com » Xəbərlər » Yardımlıda polis karantin rejiminə nəzarət edir, imkansız insanlara yardım göstərir-FOTO

Yardımlıda polis karantin rejiminə nəzarət edir, imkansız insanlara yardım göstərir-FOTO

29-04-2020, 15:42
Oxunub: 11 749 Ölkəmizdə koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarların icrası ilə əlaqədar daxili işlər orqanlarının da əməkdaşları gücləndirilmiş iş rejimində xidmət edirlər.  Yardımlıda da tədbirlər çərçivəsində karantin qaydalarını pozan sürücü və sərnişinlər barəsində  Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ciddi tədbirlər görülür. 
Polis əməkdaşları həmçinin rayon ərazisində, bankların,obyektlərin qabağında vətəndaşların virusdan qorunmaq üçün ara məsafəsinin saxlanılmasına riayət etmələrinə nəzarət edirlər.

Polis əməkdaşları həmçinin  Yardımlıda fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinə də ciddi nəzarət edirlər,tez-tez yoxlamalar aparırlar.
 
Bundan başqa, Yardımlı  Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin günlərində yaşlı və imkansız insanlara yardımlar edilir. Şöbənin əməkdaşları “Evdə qal!” kampaniyası çərçivəsində xüsusi karantin rejim qaydalarına uyğun olaraq çölə çıxa bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı və çoxuşaqlı ailələrlə köməklik göstəriblər. Yardımlı  rayonunun müxtəlif kənd və qəsəbələrində yaşayan  xeyli sayda ailəyə baş çəkən polis əməkdaşları onlara ərzaq məhsullarından ibarət bağlamalar, tibbi maska və dezinfeksiyaedici vasitələri təqdim ediblər. Polislər həmin şəxslərlə bir daha maarifləndirici söhbətlər apararaq xüsusi karantin rejimi qaydalarına riayət etməyin vacib olduğunu onların diqqətinə çatdırıblar.
 Azərbaycan Respublikası Nazirlar Kabineti yanında Operativ Qərərgah tərəfindən koronavirus infeksiyası ilə əlaqədar tətbiq olunan sosial izolyasiya tədbirlərinə riayət olunmasına nəzarət prosesində aparılan reydlər zamanı  6 mart 2020-ci il tarixdən 21 aprel 2020-ci il tarixdədək  Yardımlı RPŞ-nin əməkdaşları tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin tələblərini pozan 94 vətəndaşa inzibati protokol tərtib olunmuş, onlar 100 manat məbləğində cərimə olunub,1 nəfər isə AR İXM-nin  215 və 535-ci maddələri ilə 10  sutka həbs olunmuşdur.Bu istiqamətdə tədbirlər davam etdirilir.
 
 Hazırladılar:Müxbir Niyaməddin Buludlu,Operator Ayət Şükürov
 BÖLGƏ TV