BolgeXeber.Com » Xəbərlər » Yardımlı ağsaqqallarından növbəti MÜRACİƏT

Yardımlı ağsaqqallarından növbəti MÜRACİƏT

4-05-2020, 11:00
Oxunub: 2 750 Bolgexeber.com-a Yardımlı rayon ağsaqqalları tərəfindən növbəti müraciət daxil olub.
Müraciətdə deyilir:
Baş memari Ulu Öndərimiz Heydər Əliyev olan müstəqil dövlətimiz bu gün möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi altında sürətli inkişaf dövrünü yaşayır. Koronavirus təhlükəsinin bütün dünyanı sarsıtdığı bir vaxtda məhz cənab Prezidentin gördüyü qabaqlayıcı tədbirlər, ölkəmizin bu sınaqdan maksimum az itki ilə çıxmasına şərait yaratmışdır. Belə bir həssas dövrdə xalqı çaşdırmaq üçün bəzi siysətçilər sosial şəbəkələrdə müəyyən kompaniya aparmaq üçün sanki yarışa girmişlər.
İki gün öncə Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, mətbuatda heç bir əsas olmadan Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovu, ayrılan yardımları mənimsəməkdə ittiham edən çıxışı ilə rayon ağsaqqallarının hiddətinə səbəb olmuşdur. Heydər Əliyev fondu tərəfindən göndərilən 1500 ədəd ərzaq bağlaması, ayrı-ayrı nazirlik və həmkarlar təşkilatlarından göndərilən 300 ədəddən çox, rayon icra hakimiyyəti tərəfindən ayrılmış 800 ədəd ərzaq bağlamaları əhalinin sosial cəhətdən zəif olan təbəqəsinə, şəhid ailələrinə paylanmışdır. Bu tədbir şəffaf şəkildə, heç bir ciddi nöqsana yol verilmədən aparılmış, yüzlərlə sakin, cənab Prezidentə təşəkkür məktubları ünvanlanmışlar. Bütün rayon rəhbərlərinin dövründə görülən işləri öz adına çıxmağa çalışan, cənab Prezidentin və Birinci vitse-prezidentin gördüyü böyük işlərə kölgə salmağa çalışan Sabir Rüstəmxanlı deyə bilərmi ki, bir neçə çağırış deputat seçildiyi Yardımlı rayonunun hansı sakininə kömək edib, hansı yıxılanı ayaq üstə qaldırmışdır? Kifayət qədər imkanları olduğu halda, karantin günlərində Yardımlının hansı kasıb insanına əl tutmuşdur? Yardımlı əhalisi yaxşı bilir ki, Sabir Rüstəmxanlı deputat səlahiyyətlərindən yalnız özünə, qardaş və bacılarına, yaxın qohumlarına, övladlarına şərait yaratmaq üçün istifadə etmişdir. Yardımlı şəhərinin mərkəzində "Ziyalılar evi” adı altında özü üçün villa tikdirmiş və həmin binanı "Kaspi” təhsil mərkəzinə icarəyə vermişdir. Gavran kəndində "Yaradıcılıq evi tikmək” adı altında vətəndaşın 1 (bir) hektar pay torpağını özününküləşdirmiş, Yardımlı şəhərində özünə dəbdəbəli ev tikdirmişdir. Onun Hamarkənd orta məktəbinin direktoru işləyən, toxunulmaz qardaşı hektarlarla yaylaq torpaqlarında ferma saxlayır, uzun illərdir Bakı şəhərində yaşayan bacısı Hamarkənd həkim məntəqəsində tibb bacısı "işləyir”.
Biz ağsaqqalları hiddətləndirən budur ki, Sabir Rüstəmxanlı sabitliyi ilə seçilən Yardımlı rayonunu niyə qarışdırmaq istəyir, onun məqsədi nədir? Rayonda hansı qanunsuzluq olub ki, başçını həbs etmək üçün DTX-nı rayona dəvət edən, ədalətsiz, tutduğu mövqeyə uyğun olmayan bəyanat verir? Bunun bir səbəbi var: Ötən illərdə Sabir Rüstəmxanlı rayonda keçirdiyi tədbirin uğursuzluğunu həzm edə bilmir. Başçıya qarşı hiddət və qəzəbinin əsas səbəbi də məhz, budur.
Biz, rayon ağsaqqaları, deputat Sabir Rüstəmxanlının bu hərəkətini qətiyyətlə pisləyir və bunu rayonumuzda sabitliyi pozmaq cəhdi kimi qiymətləndiririk!
Hörmətlə, rayon ağsaqqalları:
  • Məzlum Mənsimov - rayon ağsaqqallar şurasının sədri
  • Hüseyn Vəliyev - rayon veteranlar şurasının sədri
  • Təmşiət Əbilov
  • Nufiəli Ağayev
  • Mirhəqiqət Həsənov
  • Etibar Əməşov
  • Abosət Xudiyev
  • Bəhram Mansurov-Milli Qəhramanın qardaşı
  • Adışirin Caniyev
  • Ağagül Nəbiyev
  • Niyaməddin Məmmədov
  • Sabir Əkbərov
  • Telman Adiyev
  • Qələmirzə Babayev
  • Əli Əliyev
  • Adəm Məcidov
  • Daməd Nəzərov
  • Səfiqulu Babayev
  • Heybət Vəliyev və başqaları.