BolgeXeber.Com » Xəbərlər » Masallı Mərkəzi Xəstəxananın bir qrup işçisi baş həkimdən niyə narazıdır?

Masallı Mərkəzi Xəstəxananın bir qrup işçisi baş həkimdən niyə narazıdır?

9-05-2020, 09:25
Oxunub: 3 466
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
Doğrudanmı,  koronovirusla bağlı həkimlərə verilən artımlarda qanunsuzluqlara yol verilib?
Bu günlərdə MRX-nin 16 nəfər həkim, tibbi və texniki işçilərin imzası ilə redaksiyaya məktub daxil olub. Məkltubda deyilir:
Bir neçə gün öncə cenub.az saytında həkimlərə vəd edilmiş 3-5 qat artımın verilmədiyi barədə yazmışdınız. Yazınız düşərli oldu.  Artıq mayın ilk günlərindən həmin artımlarla birlikdə əmək haqlarımızın verilməsinə başlanılıb. Amma heç də hər şey gözlənildiyi kimi deyil. Belə ki, artım 3-5 yox, ən yaxşı halda 2 -2,5 dəfə artıb. Amma bu sahədə böyük şübhələr var.  İlkin məlumatlara görə və  gördüyümüz, eləcə də aldığımız bəlli maaş artımlarında ciddi ayrı-seçkilik hiss olunur.
Bunlar bu artımları hansı ölçülərlə tətbiq edib? Doğrudanmı, hər şey ədalətlə, obyektivliklə icra edilib?
Bəlkə doğrudan da bizim bilmədiyimiz, başa düşmədiyimiz digər məqamlar var? Bütün bu sualların isə yeganə carəsi var. Bu da ondan ibarətdir ki, MXR-NİN  publik   rəhbəri Cəlil Nəzərov Masallı həkimlərinin 2020-ci ilin mart ayına verilən əmək haqqı cədvəlini - əvvəlki və artımdan sonrakı məbləğlər göstərilməklə cəmiyyətə təqdim etsin və xalq da görsün ki, ölkə başçımımız, cənab İlham Əliyevin sərəncamı ilə həkimlərə edilən diqqət Masallıda öz təzahürünü necə tapıb?
Yəqin ki, belə bir aşkarlıq hümanistlik və aşkarlıq tərəfdarı olan icra başçımızın da ürəyincə olar.
Lakin bu məlumatı əldə etmək biz sırafi həkimlər üçün əlçatmazdır.
Xahiş edirik, bir peşəkar mətbuat işçisi kimi hüquqlarınızdan istifadə edib, yuxarıda qeyd etdiyimiz formada (Tibb işçinin adı, soyadı, vəzifəsi, əvvəlki əmək haqqı, artımla əmək haqqı) redaksiyaya təqdim etsin. Siz də həmin əmək haqqı cədvəlini saytınıza yerləşdirəsiniz. Elə bilirik ki, belə məlumatın aşkarlanmasında  bir heç bir dövlət sirinə əks hərəkət yoxdur. Necə deyərlər, iş olanda əyani, asan olur bəyanı.
Öncədən redaksiyaya təşəkkür edir və səbirsizliklə hörmətli Cəlil Nəzərovun sizə yollayacağı və paylaşacağınız məlumatı gözləyirik.

Məktuba aydınlıq gətirmək üçün Masallı Mərkəzi Xəstəxanasının Publik Hüquqi şəxsin direktoru Cəlil Nəzərova müraciət edik. O, saytımıza aşağıdakıları bildirdi:
  • Öncə şikayətçilərin işlətdiyi bir cümlədən başlamaq istəyirəm. “Bəlkə doğrudan da bizim bilmədiyimiz, başa düşmədiyimiz digər məqamlar var?” Bəli. Bu məsələdə bəzi şəxslərin bilmədiyi məqamlar var. Deməli, bizdə mart  ayı üçün 20 nəfərin əmək haqqını 5 dəfə,  26 nəfərin (əsasən təcili tibbi yardım işçiləri ) 4 dəfə artımla,    425 nəfər isə 3 dəfə, ümumilikdə 471 nəfər artımla əmək haqqı alıb.
Bu pulların hesablanması o demək deyil ki, kimsə 300 manat alırdı, indi onu vursan 4-ə, etsin, 1200 manat.  Birincisi, əmək haqqı artıqca vergi tutlmaları və digər sosial ödəmələr də artır. İkinci, artımlar işləmiş adam-günlərinə görə hesablanır. Biz nümunə üçün 5 dəfə artımla əmək haqqı alanların siyahısının bütün detallarını sizə təqdim edirik. Digər 400-dən artıq işçinin də əmək haqqı bu qaydada hesablanıb.
Məsələn, bütün qəsəbə və kənd həkim və tibb məntəqələrinin həkim və orta tibb heyəti mart ayında koronavirusa görə 5 iş günü sahə xidmətinə cəlb olunmuşdur. Həmin heyətə də, işlənmiş həmin 5 gün üçün əmək haqqının 3 misli miqdarında ödəniş edilmişdir.
Bir çoxlarının krediti, yaxud Bir Krat sistemi üzrə borcları olmuş və həmin ödənişlərdən buna görə tutulmalar olmuş və müəyyn anlaşılmazlıq yaranmışdır.
Biz başa düşürük ki, həkimlərimizin, tibb bacılarının, eləcə də digər texniki işçilərin-xadimələrin, sürücülərin bu dövrdə böyük və fədakar əməyi olmuşdur. Hökumətimiz və onların təmsilçisi olan biz-yerli məmurlar ona dəyər veririk. Məlumat üçün onu da xatırladım ki, bu işdə zəhməti olan  270 nəfərdən yuxarı şəxsin  hər birinə 100-150 manat olmaqla ümumilikdə 23 min manata qədər birdəfəlik yardım edilmişdir.
Bu sahədə hər hansı məqsədli yanlışlıqdan söhbət gedə bilməz. Ola bilsin ki, bu günlərdə işlərimizin hədsiz gərginliyindən bilməyərəkdən texniki səhvlər olmuşdur. Buna görə şikayətçilərlə fərdi söhbətlər aparılıb, həmin nöqsanlar aradan qaldırılıb.
Bundan sonra da istər hökumət, istər daxili imkanlar hesabına nə mümkündürsə bu sahədə zəhməti olanlara yardımlar ediləcək.
Yenə də kiminsə, digər narazılığı varsa, şəxsən mənim özümə və mühasibatlığa müraciət edə bilər.
Cenub.az