BolgeXeber.Com » Xəbərlər » Yol polisi xidməti alayının 9-cu taqımının əməkdaşları karantin rejiminə ciddi nəzarət edir-FOTO

Yol polisi xidməti alayının 9-cu taqımının əməkdaşları karantin rejiminə ciddi nəzarət edir-FOTO

10-05-2020, 15:58
Oxunub: 7 363 Ölkəmizdə koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarların icrası ilə əlaqədar daxili işlər orqanlarının da əməkdaşları gücləndirilmiş iş rejimində xidmət edirlər. Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun tapşırığına əsasən paytaxt və bölgələrdə karantin rejiminə riayət olunmasına ciddi şəkildə nəzarət olunur.
 Bölgələrdə karantin rejimi yumşaldılmasına və buna görə də rayonların giriş hissələrində və digər ərazilərdə karantin rejiminə nəzarət etmək üçün qurulan bir çox postlar ləğv olunsa da,stasionar postlarda karantin rejiminə ciddi nəzarət davam edir.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin yol polis xidməti alayının 9-cu taqımının yol patrul xidmətinin əməkdaşları da Şəmkirdəki stasionar postda Operativ Qərargahın elan etdiyi xüsusi karantin rejim qaydalarının təmin olunmasına ciddi  nəzarət  edir.
BDYPİ-nin yol polisi xidməti alayının 9-cu taqımının əməkdaşları maskası olmayan sürücülərə maskalar verməklə yanaşı onlarla və sərnişinlərlə  maarifləndirmə və tövsiyyə xarakterli söhbətlər aparır.
 
Tibbi maskaların paylanmasına görə, sürücülər polis əməkdaşlarına öz təşəkkürlərini bildirirlər.
Yol polisi əməkdaşları sürücülərin və sərnişinlərin nəzərinə çatdırır ki, hər bir şəxs tibbi maska taxmaqla özünün, yaxınlarının və digər şəxslərin yeni koronavirusa yoluxma riskini azaldır, eyni zamanda tezliklə pandemiyaya səbəb olan COVİD 19 virusunun ölkə ərazisində yayılmasının qarşısını almaqla ölkəmizin normal iş rejiminə qayıtmasına şərait yaradırlar.
Bundan başqa yol polis əməkdaşalrı nəqliyyat vasitələrindəki sərnişinlər arasında ara məsafəsinin qorunmasının vacibliyini sərnişinlərin nəzərinə çatdırırlar.
Həkim briqadası hər gün stasionar postda xidmət edən  Yol polis xidməti alayının 9-cu taqımının yol patrul xidmətinin əməkdaşlarının sağlıq durumlarını müayinə edirlər.
Yaxın saatlarda  BÖLGƏ TV-nin əməkdaşlarının Baş Dövlət Yol Polis İdarəsinin yol polisi xidməti alayının 9-cu taqımının yol patrul xidmətinin əməkdaşlarının ərazidəki xidməti haqda hazırladığı geniş reportajı izləyə bilərsiniz.
Hazırladılar:Müxbir Niyaməddin Səlimov,Operator Ayət Şükürov
 BÖLGƏ TV