BolgeXeber.Com » Xəbərlər » Ağcabədi və Laçın polisi karantin rejiminə belə nəzarət edir-FOTO

Ağcabədi və Laçın polisi karantin rejiminə belə nəzarət edir-FOTO

12-05-2020, 15:45
Oxunub: 10 331
Ölkəmizdə koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarların icrası ilə əlaqədar daxili işlər orqanlarının da əməkdaşları gücləndirilmiş iş rejimində xidmət edirlər. 

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun tapşırığına əsasən paytaxt və bölgələrdə karantin rejiminə riayət olunmasına ciddi şəkildə nəzarət olunur. 


Regionlarda karantin rejiminin yumşaldılmasına baxmayaraq polis əməkdaşları öz xidmətlərini davam edirlər.


Ağcabədi və Laçın Rayon Polis Şöbəsinin əməkdaşları da Operativ Qərargahın elan etdiyi xüsusi karantin rejim qaydalarının təmin olunmasına ciddi nəzarət edir.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində rayon ərazisində karantin qaydalarının pozulmasının qarşısının alınması məqsədilə patrul xidməti yerinə yetirilir. Tədbirlər çərçivəsində karantin qaydalarını pozanlarla bağlı tədbirlər görülür. 

Polis əməkdaşları həmçinin rayon ərazisində, bankların , obyektlərin qabağında, market restoran, kafe , çayxana, yeməkxana və sair iaşə müəssisələrində vətəndaşların virusdan qorunması üçün ara məsafəsinin saxlamalarına , qaydalara riayət etmələrinə nəzarət edirlər .

Polislər vətəndaşlarla maarifləndirici söhbətlər apararaq xüsusi karantin rejimi qaydalarına riayət etməyin vacib olduğunu onların diqqətinə çatdırırlar.

Bundan başqa Ağcabədi və Laçın Rayon Polis Şöbəsinin əməkdaşları küçəyə çıxan vətəndaşlara kütləvi surətdə maska paylayırlar.

Polis əməkdaşları vətəndaşların nəzərinə çatdırır ki , hər bir şəxs tibbi maska taxmaqla özünün, yaxınlarının və digər şəxslərin yeni koronavirusa yoluxma riskini azaldır.
Eyni zamanda tezliklə pandemiyaya səbəb olan COVİD 19 virusunun ölkə ərazisində yayılmasının qarşısını almaqla ölkəmizin normal iş rejiminə qayıtmasına şərait yaradırlar.

Hazırladılar:Müxbir Niyaməddin Səlimov,Operator Ayət Şükürov
BÖLGƏ TV