BolgeXeber.Com » Xəbərlər » İmişlidə 2 uşaq anası intihar edib

İmişlidə 2 uşaq anası intihar edib

14-05-2020, 10:04
Oxunub: 2 682 İmişlidə 23 yaşlı qadın özünü asıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saat 4.00 radələrində rayonun Muradxanlı kəndində baş verib. 
Beyləqan rayonunda ərdə olan 1997-ci il təvəllüdlü Babayeva Arzu Rasim qızı atası evində üzüm çardağından özünü asaraq intihar edib.
Qeyd edilir ki, A.Babayeva 2 uşaq anası olub.
Faktla bağlı İmişli rayon prokurorluğunda araşdırma aparılır.