BolgeXeber.Com » Xəbərlər » Vilayət Eyvazovdan yeni təyinat

Vilayət Eyvazovdan yeni təyinat

14-05-2020, 10:30
Oxunub: 3 923 Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir yolu nəqliyyatında polis idarəsinin Gəncə xətt şöbəsinin Əməliyyat üzrə rəis müavini, polis mayoru İsa Çıraqov vəzifəsindən azad olunub.

O, Zaqatala Rayon Polis Şöbəsinin istintaq bölməsinə müstəntiq təyin edilib.