BolgeXeber.Com » Xəbərlər » Yol polisi xidməti alayının əməkdaşları postlarda karantin rejiminə ciddi nəzarət edir-FOTO

Yol polisi xidməti alayının əməkdaşları postlarda karantin rejiminə ciddi nəzarət edir-FOTO

14-05-2020, 12:56
Oxunub: 10 150 Ölkəmizdə koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarların icrası ilə əlaqədar daxili işlər orqanlarının da əməkdaşları gücləndirilmiş iş rejimində xidmət edirlər. Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun tapşırığına əsasən paytaxt və bölgələrdə karantin rejiminə riayət olunmasına ciddi şəkildə nəzarət olunur.
Bölgələrdə karantin rejimi yumşaldılmasına və buna görə də rayonların giriş hissələrində və digər ərazilərdə karantin rejiminə nəzarət etmək üçün qurulan bir çox postlar ləğv olunsa da,stasionar postlarda karantin rejiminə ciddi nəzarət davam edir.
BÖLGƏ TV-nin əməkdaşları yol polisi əməkdaşlarının karantin dövrü postlardakı fəaliyyəti ilə bağlı reportajlar hazırlamaqda davam edir.
Bu dəfə əməkdaşlarımız Salyanda,Sabirabadda ,Qaradağda Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin yol polis xidməti alayının 6-cı,10-cu və 12-ci taqımlarının xidmət apardıqları  postlarda olublar.
 

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin yol polis xidməti alayının 6-taqımın baş inspektoru Göyüş Namazov əməkdaşlarımızla söhbətdə bildirdi ki:”Bizə yaxın –Ələt qəsəbəsində karantin postunun olmasına baxmayaraq biz də postda sürücülərə virusdan qorunmaq üşün   tibbi maska,tibbi əlcəklərdən istifadə edilməsinin vacibliyi haqda və digər lazımi tövsiyyələr veririk,çox sərnişin götürməmələrini məsləhət görürük. Və bu işi pandemiya dövrü davam edənəzən müntəzəm olaraq görəcəyik”
10-cu taqımın komandiri Süleyman Əliyev əməkdaşlarımıza bildirdi ki, təzə təyin olunmasına baxmayaraq rəhbərliyin verdiyi bütün göstərişlər poslarda ciddi şəkildə icra olunur.O bildirib ki,ərazidəki postda sürücülər maarifləndirilir, etiyac olduqda onlara tibbi maska verilir,koronanvirus infeksiyasından qorunmaq üçün tövsiyyələr verilir, hətta lazım gələndə sürücülərə tibbi yardım belə edilir.
12-taqımın komandiri Cəmin Abbasov isə bildirdi ki, onlar postlarda profilaktik söhbətlər aparırlar, tövsiyyələr verirlər,tibbi maskalar olmayanlara tibbi maskalar verirlər və bu fəaliyyətlərini karantin dövrü qurtarandan sonra da davam edəcəklər.
 
Tibbi maskaların paylanmasına görə, profilaktik söhbətlərə görə sürücülər polis əməkdaşlarına öz təşəkkürlərini bildirirlər.
Yol polisi əməkdaşları sürücülərin və sərnişinlərin nəzərinə çatdırır ki, hər bir şəxs tibbi maska taxmaqla özünün, yaxınlarının və digər şəxslərin yeni koronavirusa yoluxma riskini azaldır, eyni zamanda tezliklə pandemiyaya səbəb olan COVİD 19 virusunun ölkə ərazisində yayılmasının qarşısını almaqla ölkəmizin normal iş rejiminə qayıtmasına şərait yaradırlar.
Bundan başqa yol polis əməkdaşalrı nəqliyyat vasitələrindəki sərnişinlər arasında ara məsafəsinin qorunmasının vacibliyini sərnişinlərin nəzərinə çatdırırlar.

Hazırladılar:Müxbir Niyaməddin Səlimov,Operator Ayət Şükürov
BÖLGƏ TV