Ağsu polisi karantin rejiminə belə nəzarət edir-FOTO
15-05-2020, 11:42
Oxunub: 12 810
Ölkəmizdə koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərarların icrası ilə əlaqədar daxili işlər orqanlarının da əməkdaşları gücləndirilmiş iş rejimində xidmət edirlər.
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun tapşırığına əsasən paytaxt və bölgələrdə karantin rejiminə riayət olunmasına ciddi şəkildə nəzarət olunur.
Regionlarda karantin rejiminin yumşaldılmasına baxmayaraq polis əməkdaşları öz xidmətlərini davam edirlər.
BÖLGƏ TV-nin əməkdaşları polis əməkdaşlarının karantin dövründə fəaliyyəti ilə bağlı reportajlar hazırlamaqda davam edir.
Bu dəfə əməkdaşlarımız Ağsu rayonunda olublar.
Əməkdaşlarımız Ağsu Polis Şöbəsinin əməkdaşlarının Operativ Qərargahın elan etdiyi xüsusi karantin rejim qaydalarının təmin olunmasına ciddi nəzarət etməsinin şahidi olublar.
Ağsu Polis Şöbəsinin Xidmət üzrə rəis müavini Vüsal Əliyevin əməkdaşımıza bildirdiyinə görə Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində rayon ərazisində karantin qaydalarının pozulmasının qarşısının alınması məqsədilə patrul xidməti yerinə yetirilir. Tədbirlər çərçivəsində karantin qaydalarını pozanlarla bağlı tədbirlər görülür:
“Polis əməkdaşları həmçinin rayon ərazisində, bankların , obyektlərin qabağında, idarə və təşkilatların, market , restoran, kafe , çayxana, yeməkxana və sair iaşə müəssisələrində vətəndaşların virusdan qorunması üçün ara məsafəsinin saxlamalarına , qaydalara riayət etmələrinə nəzarət edirlər .
Tibbi maskası olmayanlar idarə və təşkilatların, bankların içinə buraxılmırlar,içəri daxil olan hər bir vətəndaşın əli spirtlə dezinfeksiya olunur, sakinlərə qaydalara riayət etmələri tövsiyyə olnur”.
Vüsal Əliyev həmçinin bildirdi ki, polis əməkdaşları vətəndaşlarla maarifləndirici söhbətlər apararaq xüsusi karantin rejimi qaydalarına riayət etməyin vacib olduğunu onların diqqətinə çatdırırlar:
“Düzdür,bəzən qaydalara əməl etməyən vətəndaşlar da olur, amma biz onlarla profilaktik söhbətlər aparırıq və pandemiya dövründə qaydalara əməl etməyin vacibliyini izah edirik.
Bundan başqa Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları bəzi hallarda maskasız küçəyə çıxan vətəndaşlara maska paylayırlar.
Polis əməkdaşları vətəndaşların nəzərinə çatdırır ki , hər bir şəxs tibbi maska taxmaqla özünün, yaxınlarının və digər şəxslərin yeni koronavirusa yoluxma riskini azaldır. Eyni zamanda tezliklə pandemiyaya səbəb olan COVİD 19 virusunun ölkə ərazisində yayılmasının qarşısını almaqla ölkəmizin normal iş rejiminə qayıtmasına şərait yaradırlar.
Ağsu polisi rəhbərliyin tapşırıqlarını tam icra edir və gecə-gündüz öz xidmətini davam etdirir və bundan sonra da davam etdirəcək”.
Hazırladılar:Müxbir Niyaməddin Səlimov,Operator Ayət Şükürov
BÖLGƏ TV



















Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər