SMS icazə zamanı 3 saat bəs etmirsə... - Polkovnik ÇIXIŞ YOLUNU göstərdi
15-05-2020, 13:30
Oxunub: 2 626
“Mayın 4-dən icazə verilmiş xidmətlərdən icazə üçün cəmi 3 saat vaxt verilir”.
Bolgexeber.com milli.az-a istinadla xəbər verir ki, bunu Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev deyib.
Rəis müavini vaxt məhdudiyyətindən şikayət edən vətəndaşlara çıxış yolunu göstərib:
“Buna görə də gözəllik salonuna, ümumiyyətlə bərbərxanaya gedən hər bir şəxs – həm qadınlarımız, həm kişilərimiz qabaqcadan yazılı şəkildə növbə tutmalıdır və işlərini mərhələli şəkildə elə etməlidirlər ki, 3 saata bu işin öhdəsindən gəlsinlər. Məsələn, bir neçə iş görmək istəyirlərsə orada, bunu mərhələlərə bölmək olar, birini bu gün, birini sabah, birini birigün və s.”
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə mayın 4-dən etibarən bütün sahələr üzrə fərdi ticarət obyektləri, bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunub.
Vətəndaşlar bütün sahələr üzrə fərdi ticarət obyektlərinə, bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət göstərən obyektlərə getmək üçün 2-ci kod üzrə icazə ala bilərlər. Hazırda qüvvədə olan qaydalara görə bu xidmətlərdən istifadə etmək üçün vətəndaşlara 3 saat vaxt verilir.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər