Ramazan bayramının namazı necə qılınacaq? - AÇIQLAMA
16-05-2020, 12:21
Oxunub: 6 249
"Koronavirus pandemiyası ilə əlaqədar Ramazan bayramı namazı üçün insanların bir araya gəlməsi və kütləvi toplaşmaq indiki halda yolverilməzdir".
Bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli deyib.
Onun sözlərinə görə, bayram namazları fərdi qaydada evlərdə qılınacaq: “Yəni məscidlərdə camaatla bayram namazı qılınmayacaq. Məlumat üçün bildirim ki, Qədr gecələrinin bütün ayinləri onlayn icra olundu, amma namaz onlayn qılına bilməz. Çünki namaz fərdi qaydada yerinə yetirilməlidir. Amma həmin gün şəriət məsələlərini, bayramın fəlsəfəsini inasanlara çatdırmaq üçün onlayn çıxış ola bilər”.
Din xadimi bildirib ki, bayram namazı səhər gün çıxandan günorta azanına qədər qılına bilər: “Amma bayram namazının qılınması üçün ən münasib, fəzilətli vaxt günün təzə çıxdığı andır. Yəni saat 08:00-da və ya 09:00-da qılına bilər”.
Qeyd edək ki, QMİ-nin fətvasına əsasən, Ramazan bayramı Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edəcək.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər