BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda koronavirusa yoluxanların sayı 3 mini ötdü

Azərbaycanda koronavirusa yoluxanların sayı 3 mini ötdü

16-05-2020, 16:38
Oxunub: 4 122 Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb.
"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Hazırkı dövrədək ölkəmizdə 3 138 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 944 nəfər müalicə olunaraq sağalıb, 36 nəfər vəfat edib, 1 158 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 
Həmin şəxslərdən 41 nəfərin vəziyyəti ağır, 52 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.