BolgeXeber.Com » Xəbərlər » Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başladı - VİDEO

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başladı - VİDEO

18-05-2020, 15:29
Oxunub: 2 849 Qoşunların 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusu genişmiqyaslı əməliyyat-taktiki təlimlərinə başlayıb.

Genişmiqyaslı əməliyyat-taktiki təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonlarına çıxarılır.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.