ENERGETİKA NAZİRİNİN MÜAVİNİ İŞDƏN ÇIXARILDI - Yeni təyinat (FOTO)
21-05-2020, 15:00
Oxunub: 6 474
Azərbaycanın Energetika nazirinə yeni müavin təyin edilib. AZƏRTAC-ın verdiyi məlumata görə, bu barədə Energetika nazirinin müşaviri – mətbuat katibi Zəminə Əliyeva deyib.
O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə nazir müavini Gülməmməd Cavadov vəzifəsindən azad edilib, Kamal Abbasov Energetika nazirinin müavini təyin olunub.
AzPolitika. info - nun məlumatına görə, Kamal Abbasov bundan əvvəl Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Qaz İxrac İdarəsinin rəisi vəzifəsində işləyib.

Kamal AbbasovQeyd edək ki, işdən azad edilən Gülməmməd Cavadov 1949-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasının informasiya və ölçü cihazları fakultəsini bitirib. 1972-1992-ci illərdə Elektrik Hesablama Maşınları Zavodunda mühəndis-texnoloq vəzifəsindən direktor vəzəifəsinədək yüksəlib.
1993-1999- cu illərdə Peyk zavodunun direktor müavini, direktor vəzifələrində çalışıb. 1999-2006-cı illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin nəzdində Dövlət Material Ehtiyatları Komitəsinin sədri olub. 2006-cı ildən Azərbaycan Respublikası Sənaye və Energetika nazirinin müavini vəzifəsində çalışıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər