BolgeXeber.Com » Xəbərlər » Metropolitendə Polis Şöbəsinə yeni rəis təyin edildi - ƏMR

Metropolitendə Polis Şöbəsinə yeni rəis təyin edildi - ƏMR

22-05-2020, 14:01
Oxunub: 3 971 Metropolitendə Polis Şöbəsinə yeni rəis təyin olunub.

“Report” xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Əli Əliyev Metropolitendə Polis Şöbəsinə rəis təyin edilib.

Xatırladaq ki, daha əvvəl bu vəzifədə polis polkovniki Samir Hüseynov idi. O, bir neçə gün əvvəl işdən çıxarılıb.