BolgeXeber.Com » Xəbərlər » Şirvan İcra Hakimiyyəti və “PAŞA Holding” MMC birgə sosial aksiya həyata keçiriblər
Şirvan İcra Hakimiyyəti və “PAŞA Holding” MMC birgə sosial aksiya həyata keçiriblər
23-05-2020, 13:57
Oxunub: 4 836
Koronavirus pandemiyasının yayılması səbəbindən ölkəmizdə elan olunmuş xüsusi karantin rejimi müddətdə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qabaqlayıcı tədbirlərini həyata keçirilməsi davam etdirilir, xüsusi ilə aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onlara maddi və mənəvi dəstək göstərilməsi istiqamətində bütün lazımi imkanlardan istifadə olunur. Görülən işlər içərisində məşğulluq və sosial rifaha dəstək işləri mühüm yer tutur. Pandemiyadan zərər çəkən sahələrdə işləyən insanların əməkhaqqılarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanır, iki ay müddətində haqqı ödənilən ictimai iş yerləri yaradılıb, xüsusi karantin dövründə işləməyən 600 min insana iki ay ərzində 190 manat yardımın verilməsi təmin edilib.
Ölkə prezidentinin əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi tövsiyyə və tapşırıqlara uyğun olaraq Şirvan şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə xüsusi karantin rejimi dövründə ahıl, tənha və sağlamlıq imkanları məhdud 3 minə qədər ailə ziyarət edilmiş və onlara lazımi köməkliklər göstərilib.
Şəhər İcra Hakimiyyəti sosial müdafiəyə ehtiyacı olan ailələrə köməklik göstərilməsi bağlı təşəbbüsünü müqəddəs Ramazan bayramı ərəfəsində də davam etdirib. Belə ki, Ramazan bayramı ərəfəsində, koronavirus pandemiyasına qarşı dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək çərçivəsində aztəminatlı ailələrə köməklik göstərilməsi ilə bağlı Heydər Əliyev Fondunun #Biz Birlikdə Güclüyük! təşəbbüsünə 22 may 2020-ci il tarixində “PAŞA Holding" MMC də təkrar qoşulub, Şirvan şəhər İcra Hakimiyyəti ilə birgə könüllü gənclərin iştirakı ilə şəhərin müxtəlif ünvanlarında yaşayan, ilk növbədə sosial müdafiəyə ehtiyacı olan 300 ailə ziyarət edilib və onlara gündəlik tələbatları üçün lazım olan ərzaq məhsulları verilib.
Şəhər sakinləri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına və müqəddəs Ramazan bayramı ərəfəsində onlara verilən sosial dəstəyə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirib, “PAŞA Holding” MMC-nin nümayəndələrinə təşəkkürlərini çatdırıblar. .JPG)
.JPG)
.JPG)
.JPG)
.JPG)
.JPG)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər