BolgeXeber.Com » Xəbərlər » Qərargah indiyədək koronavirusdan sağalanların sayını AÇIQLADI

Qərargah indiyədək koronavirusdan sağalanların sayını AÇIQLADI

27-05-2020, 18:30
Oxunub: 3 280 Hazırkı dövrədək ölkəmizdə 4568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə,  onlardan 2897 nəfər müalicə olunaraq sağalıb, 54 nəfər vəfat edib, 1617 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 49 nəfərin vəziyyəti ağır, 63 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
 
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 280 663 test aparılıb.