BolgeXeber.Com » Xəbərlər » Tərtər rayon İcra Hakimiyyətinin başçısı imtahan keçiriləcək məktəblərdə olub - FOTOLAR

Tərtər rayon İcra Hakimiyyətinin başçısı imtahan keçiriləcək məktəblərdə olub - FOTOLAR

30-05-2020, 12:03
Oxunub: 4 240

Yaranmış vəziyyətlə əlaqədar buraxılış və qəbul imtahanları qaydalarında müəyyən dəyişikliklər edilib. Belə ki, 2020-ci ildə keçiriləcək imtahan və tədbirlərə dair müvəqqəti müddəalar təqdim olunub. Bütün imtahanlar yeni sanitar-gigiyenik qaydaları əsasında aparılacaq. İmtahan zallarında 15 nəfərdən çox olmamaq şərti ilə hər masa arxasında 1 şagird (abituriyent) əyləşəcək. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından asılı olaraq imtahanların bölgələr üzrə keçirilməsi nəzərdə tutulur. Həmçinin buraxılış imtahanlarının iyun ayı ərzində, ali təhsil müəssisələrinə qəbul imtahanlarının 20 iyul tarixindən sonra 1 dəfə keçirilməsi planlaşdırılır. Tərtər rayonunda da Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına, DİM-in tələb və tövsiyələrinə birmənalı şəkildə əməl olunur. Məktəblərdə imtahanların yüksək səviyyədə keçirilməsi üçün lazımi şərait yaradılır. Bu gün Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov adiyyəti məsul şəxslərlə birgə imtahan keçirilməsi nəzərdə tutulan Tərtər şəhər 1, 6, Şıxarx 2 saylı tam orta məktəblərdə və şəhər 2 saylı məktəb-liseydə mövcud vəziyyətlə yerində tanış oldu, sanitar qovşaqların təmiri vəziyyəti, dezinfeksiya tədbirlərinin görülməsi və gigiyena qaydalarına əməl olunması ilə bağlı müvafiq tapşırıq və tövsiyyələrini verdi.