BolgeXeber.Com » Xəbərlər » Şəkinin mərkəzində ayı göründü, sakinlərə xəbərdarlıq edildi-VİDEO

Şəkinin mərkəzində ayı göründü, sakinlərə xəbərdarlıq edildi-VİDEO

31-05-2020, 10:41
Oxunub: 3 659 Bu gecə saat 04.00 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkəti müşahidə olunub.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.
Məlumata görə, Şəki Regional Ekologiya İdarəsinin əməkdaşları polislə birgə ayının insanlar üçün təhlükə yaratmaması üçün tədbirlər görür, onun vəhşi təbiətə qaytarılması üsulları nəzərdən keçirilir.
Vətəndaşlardan xahiş edilir ki, ehtiyatlı olsunlar, ayının müvəqqəti təcrid edildiyi Axundzadə prospektinin 20 Yanvar küçəsi ilə kəsişdiyi əraziyə yaxınlaşmasınlar.Qonur ayının təhlükəsiz vəziyyətdə vəhşi təbiətə qaytarılması üçün tədbirlər görülür.